#Gündəm

"App Store"da bir gündə 540 milyon dollar xərcləndi

Jul 01, 12:54 / Mənbə: Banco.az

Tamara Mustafayeva, Banco.az

Apple firması tərəfindən yayımlanan hesabata görə, 2021-ci ilin ilk günündə 540 milyon dollar gəlir əldə edilib. Ümumilikdə isə Milad ərəfəsi və Yeni il axşamı "App Store"dakı tətbiqlərə 1.8 milyard dollar sərf edilib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, texnologiya nəhəngi Apple firması "App Store" tətbiq mağazası vasitəsilə həyata keçirilən ödənişlərlə bağlı müvafiq hesabat yayımlayıb.

Sözügedən hesabata görə, Milad ərəfəsi və Yeni il axşamı "App Store"dakı tətbiqlərə 1.8 milyard dollar xərclənib. Bu məbləğin əksər hissəsini oyun tətbiqlərindən əldə edilən gəlir təşkil edir. Onu da qeyd edək ki, yeni ilin ilk günü xərclənən 540 milyon dollarlıq məbləğ ilə bu vaxta qədərki günlük rekorda imza atılıb.

"Sensor Tower" araşdırma şirkətinin ilin sonu yayımlanan hesabatına görə, "App Store"dakı qlobal istehsakçı xərcləri 2019-cu ildə 55.5 milyar dollar idisə, bu göstərici 2020-ci ildə 30.3% artmaqla 72.3 milyard dollara çatıb.

Həmçinin oxu: Bu şirkətin CEO-su ötən il 1 milyard dollardan çox qazanc əldə etdi

Xəbərin mənbəsi: Banco.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.