#Futbol

"Barselona"nın hücumçusu uzunmüddətli zədədən sonra sıraya dönüb

Sep 25, 15:25 / Mənbə: Report.az

İspaniya "Barselona"sının futbolçusu Ansu Fati uzunmüddətli zədədən sonra sıraya qayıdıb.

"Report" xəbər verir ki, Kataloniya klubu 19 yaşlı hücumçunun dönüşünü tviterdə yayımladığı xüsusi video ilə açıqlayıb.

Gənc forvard meydana çıxmağa hazır olduğunu bildirib.

Qeyd edək ki, Ansu Fati 2020-ci ilin noyabrında "Betis"lə la Liqa matçında dizindən ciddi zədə alıb. Əvvəlcə onun 4 aydan sonra sağalacağı gözlənilsə də, o, həm mövsümün qalan hissəsini, həm də Avropa çempionatını buraxmalı olub. Fati 2019-cu ildən "Barselona"nın əsas heyətində çıxış edir.

@ANSUFATI pic.twitter.com/rdRkl59JCz

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.