#Digər-ölkələr

Sudanda etirazçılar neft kəmərini bağlayıb, hava limanını ələ keçiriblər

Sep 25, 14:47 / Mənbə: Report.az

Sudanın şərqində etiraz aksiyasının iştirakçıları ölkə paytaxtı Xartumla Xayya şəhərlərinin birləşdiyi ərazidə yerləşən neft kəmərini bağlayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Beca tayfasının Ali Şurası feysbuk səhifəsində yayıb.

“Şərqdəki inqilabçılar Ali Şuranın qərarı ilə Xayya-Xartum neft kəmərini bağlayıb“, - Şura bildirib.

Məlumata görə, etirazçılar Xayyadakı dəmir yoluna nəzarəti də ələ keçiriblər. Bu yol Qırmızı dəniz sahilində yerləşən Port Sudana və başqa əhəmiyyətli limanlara uzanır.

Bildirilib ki, Sudanın şərqində səhiyyə, təhsil sahəsində çoxsaylı çatışmazlıqlar var. Əhali yoxsul vəziyyətdə yaşayır. Bir müddət əvvəl aksiya iştirakçıları Port-Sudan şəhərində hava limanını ələ keçiriblər.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.