#Dünya

Makrona bu dəfə yumurta atdılar - VİDEO

Sep 28, 04:30 / Mənbə: Oxu.az

Fransa Prezidenti Emmanuel Makron Liona səfəri və sakinlərlə görüşü zamanı naməlum şəxsin hücumuna məruz qalıb.

İlkin məlumata görə, ona qaynadılmış yumurta atılıb: o, siyasətçinin çiyninə dəyərək qırılmadan yerə düşüb.

Hadisə Fransa dövlət başçısının “Eurexpo” sərgisində gəzdiyi zaman baş verib.

Yumurtanı atan “yaşasın inqilab” deyə qışqırıb, bundan sonra prezident mühafizəçisi onu qandallayaraq zaldan çıxarıb.

Makron əməkdaşlara bildirib ki, gənclə danışaraq məsələni aydınlaşdırsınlar.

Bundan əvvəl isə iyun ayında Drom departamentində yerli sakin Makrona şillə vurmuşdu.

Au #sirha2021, @EmmanuelMacron victime d'un jet d'oeuf. Le projectile a rebondi sur l'épaule du Président de la République. Le jeune homme a été interpellé par le service d'ordre - IMAGES LYONMAG pic.twitter.com/n10POB2MEn

Mənbə: “Lyon mag”

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.