#Dünya

Londonda etirazçılar özlərini yerə yapışdırdılar - FOTO

Sep 28, 05:00 / Mənbə: Oxu.az

Böyük Britaniyada polis magistral yolların birində nəqliyyata mane olan 50-dən çox fəalı həbs edib.

“Insulate Britain” hərakatının eko-fəalları “Heathrow” hava limanının yaxınlığındakı ən əhəmiyyətli magistrallardan birində yapışdırıcı ilə özlərini yerə yapışdırıblar.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, 53 nəfər saxlanılıb, hərəkətin pozulmasını minimuma endirmək üçün çalışıblar.

Polis etirazçılardan bəzilərinin asfaltın səthinə yapışdırılmasının hüquq-mühafizə orqanlarının işini çətinləşdirdiyini də bildirib.

Hökumətin iqlim dəyişikliyi ilə mübarizə üçün heç bir şey etmədiyini düşünən etirazçılar son on gündə özlərini asfaltın üzərinə yapışdıraraq, Londonun əsas magistral yollarından biri olan A25-də böyük tıxaclar yaradıblar. Polis artıq 300-ə yaxın həbs həyata keçirib.

Mənbə: “RİA Novosti”

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.