#Azərbaycanca

Azərbaycanlı aktyor boşanıb, ikinci dəfə ailə qurub - Ayrılma SƏBƏBİ

Sep 28, 03:51 / Mənbə: News.day.az

Aktyor Cövdət Şükürov ilk həyat yoldaşından ayrılmasından danışıb.

Day.Az lent.az-a istinadən xəbər verir ki, aktyor sosial şəbəkədə ona şəxsi həyatı ilə bağlı yazılan tənqidi şərhlərə münasibət bildirib. O, bildirib ki, artıq ikinci dəfə rəsmi ailə qurub:  

"Birincisi, 2019-cu il oktyabrda rəsmi olaraq boşanmışam, yeni münasibətə də 2020-ci ildə baslamışam. Bildiniz, bilmədiniz, "ailə dağıtdı" kimi sözlər yazırsız. İkincisi, biz Fidan ilə rəsmi olaraq evlənmişik.

Şərhdə nə gəldi yazanlara demək istəyirəm ki, ağıllı olun, siz kimsiz məni bilib-bilmədən müzakirə edirsiniz? Niyə məni məcbur edirsiniz ki, sizi gətizdirib qanun çərçivəsində üzr istətdirim? Sınmaq istəyirsiz?

Sizin nəslinizdə boşanan yoxdur? Evlənmişəm, əl çəkin. Həyatda heç kim heç nədən sığortalanmayıb, boşanmaq ayıb deyil. Boşanıb uşaqlarına baxmamaq şərəfsizlikdir, evli ola-ola o, bu ilə gəzmək ayıbdır... Kaş elə hami mənim kimi ata olsun".

Xəbərin mənbəsi: News.day.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.