#Turizm

``Blue Origin`` turistlərlə növbəti suborbital uçuş tarixini açıqlayıb

Sep 28, 03:42 / Mənbə: Az.trend.az

Bakı. Trend:

ABŞ-ın özəl aerokosmik şirkəti "Blue Origin" dörd turistlə növbəti suborbital uçuş tarixini açıqlayıb.

Trend "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.

Uçuş oktyabrın 12-nə planlaşdırılıb.

"Gəmidə NASA-nın keçmiş mühəndisi və "Planet Labs" şirkətinin həmtəsisçisi Kris Boşuayzen və "Dassault Systemes" şirkətində sağlamlıq şöbəsinin sədr müavini və "Medidata"nın qurucularından biri Qlen de Vri də daxil dörd astronavt olacaq. Digər iki astronavtın adları daha sonra açıqlanacaq".

Xəbərin mənbəsi: Az.trend.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.