#Digər-ölkələr

Kanadada mədən qəzası olub, 39 işçi yerin altında qalıb

Sep 28, 04:01 / Mənbə: Report.az

Braziliyanın “Vale SA” şirkəti Kanadanın Sadberi şəhərindəki kömür mədənində qəzanın baş verməsi barədə xəbər yayıb.

“Report”un xarici mətbuata istinadən məlumatına görə, qəza zamanı 39 nəfər işçi yerin altında qalıb.

Şirkət bütün işçilərin xilasetmə əməliyyatının davam etdiyini bildirib. Bildirilir ki, onlar mədənin ikinci çıxışı ilə təxliyə olunacaqlar.

Məlumata görə, mədən işçiləri yaxın bir neçə saatda xilas ediləcəklər.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.