#Xarici-siyasət

Səməd Seyidov: “Bir daha Avropa Şurasının ermənipərəst lobbisinin fəaliyyətinin şahidi olduq”

Sep 28, 02:59 / Mənbə: Report.az

"Beynəlxalq təşkilatlar yeni reallığı əks etdirə bilmirlərsə, demək onlar özləri özlərini ifşa edirlər".

Bu fikirləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov "Report"un Fransa bürosuna qurumun dünən işə başlayan payız sessiyasının iclası zamanı "Ermənistan və Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri" adlı qətnamə layihəsinə münasibət bildirərkən deyib.

S.Seyidov Avropa Şurasının ermənipərəst lobbisinin Azərbaycanla bağlı qətnaməyə böhtan və yalan məlumatlar daxil etdiyini bildirib:

"Bu qətnamənin qəbul olunmasını müsbət qiymətləndirirəm. Çünki qətnaməyə Azərbaycanın milli maraqlarını əks etdirən xeyli sayda məsələ daxil edilib. AŞPA yeni real vəziyyəti qəbul edir və bizim qətnaməyə təklif etdiyimiz əlavələrimiz qəbul olunub. Lakin qətnamənin əleyhinə səs verməyə məcbur olduq. Çünki erməni böhtanları da Avropa Şurasının erməni lobbisinin dəstəyi ilə qətnaməyə daxil etdirildi. Hansısa bir xülya ilə yaşayan erməni lobbisi öz böhtanlarını qətnaməyə daxil etməyə nail oldu. Təəssüf ki, belə məqamlar məruzəni heçə endirir".

S.Seyidov Avropa Şurasının ermənipərəst lobbisinin Azərbaycanı zəiflədə bilməyəcəyini deyib: "Bu gün yeni real vəziyyət fonunda beynəlxalq təşkilatlar yeni reallığı əks etdirə bilmirlərsə, demək onlar özləri-özlərini ifşa edirlər. Bir daha Avropa Şurasının ermənipərəst lobbisinin fəaliyyətinin şahidi olduq. Lakin onlar Azərbaycanı zəiflədə bilməyəcəklər. Bu, əvvəllər mümkün idi, çünki torpaqlarımız bizdə deyildi. Lakin torpaqlarımızı geri qaytarmağa nail olmuşuq. Digər reallıqlar da get-gedə qalib gələcək. Necə ki, Qarabağ qalib gəlib".

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.