#Dünya

Lava kilsənin bir hissəsini “uddu” - VİDEO

Sep 28, 02:30 / Mənbə: Oxu.az

İspaniyanın Palma adasında (Kanar adaları) vulkan püskürməsi nəticəsində axan Lava artıq Todoka şəhərinə qədər yaxınlaşıb.

Bununla bağlı sosial şəbəkələrdə paylaşılan kadrlarda  yerli kilsənin bir hissəsinin uçduğu görünür.

Sakinlərdən özlərini təhlükəsiz rayonlarda təcirid etmələri və lavanın dənizə yaxınlaşması ilə əlaqədər zərərli qazların çıxa biləcəyi ehtimalı ilə evlərdən çıxmamaları istənilib.

Qeyd edək ki, Kumbre-Vyexa artıq bir həftədir ki, püskürməyə davam edir, onun fəallığının bir neçə ay davam edə biləcəyi proqnozlaşdırılır.

Adadan indiyə kimi 6 min nəfər təxliyyə edilib, aeroport isə işini müvəqqəti olaraq dayandırıb. Lava axını 400-dən artıq evi məhv edib, daha 1500 ev risk zonasındadır.

Mənbə: RT

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.