#Gündəm

Anım Günündə Azərbaycanın 76 şəhər və rayonunda ümumilikdə 58 min 109 ağac əkilib

Sep 27, 23:41 / Mənbə: Az.trend.az

Bakı. Trend:

27 sentyabr - Anım Günündə Azərbaycanın 76 şəhər və rayonunda ağacəkmə aksiyası keçirilib.

Trend xəbər verir ki, aksiya çərçivəsində 14 növdə ümumilikdə 58 min 109 ağac əkilib ki, onlardan da 18 min 607-si Eldar şamı, 3 min 576-sı çinar, 4 min 339-u zeytun, 10 min 805-i sərv, 1551-i söyüd, 5 min 502-si göyrüş, 1564-ü qaraağac, 658-i qovaq, 5 min 405-i meyvə və 6 min 102-si isə tuya ağaclarıdır.

Aksiya çərçivəsində 6 min 950 ağac Bakı şəhərində, 51 min 159 ağac isə digər şəhər və rayonlarımızda əkilib.

Xəbərin mənbəsi: Az.trend.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.