#Xarici-siyasət

BMT baş katibinin nümayəndəsi Azərbaycan və Ermənistanla bağlı bəyanat yayıb

Sep 27, 23:26 / Mənbə: Report.az

BMT baş katibinin nümayəndəsi Stefan Dujarrik Azərbaycan və Ermənistanla bağlı bəyanat yayıb.

“Report”un yerli bürosu xəbər verir ki, bəyanatda BMT-nin baş katibi Antonio Quterreşin ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin 24 sentyabr 2021-ci il tarixində həmsədrlərlə birgə görüşü barədə bəyanatını alqışladığını bildirib. O, qeyd edib ki, baş katib Qarabağdakı hərbi əməliyyatlardan bir il sonra xarici işlər nazirləri səviyyəsində birbaşa əlaqələrin bərpasını yüksək qiymətləndirir və ümid edir ki, bu cür səylər həll olunmamış problemləri həll etmək və beynəlxalq səviyyədə əlaqələrin qurulması, eləcə də bölgədə daimi sülh əldə etmək üçün daha geniş dialoq çərçivəsində davam edəcək.

"Baş katib bu məqsədlə ATƏT-in Minsk qrupu həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səylərini tam dəstəklədiyini bir daha bəyan edir. O, maraqlanan hər kəsi diqqətini bölgədəki insanların xeyrinə bütün səviyyələrdə sülhün və əməkdaşlığın inkişafına yönəltməyə çağırır. Birləşmiş Millətlər Təşkilatı, bu sahədə davam edən humanitar, bərpa, inkişaf və sülh quruculuğu işləri ilə bağlı səyləri dəstəkləməyə hazırdır”.

Vüsalə Abbasova

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.