#Diaspor

İsveçrədəki “Qarabağ” məktəbində Anım Gününə həsr edilmiş dərs keçirilib

Sep 27, 23:18 / Mənbə: Report.az

İsveçrədə fəaliyyət göstərən “Qarabağ” həftəsonu məktəbində 27 sentyabr - Anım gününə həsr olunmuş dərs keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru Leyla Bağırzadənin onlayn formatda keçdiyi dərsdə bir il bundan əvvəl Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tərəfindən əldə olunmuş parlaq Qələbə, həmin tarixi hadisənin 27 sentyabrdan başlandığı barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, xalqımız və dünyadakı azərbaycanlılar Vətənimizin adını hərb tarixinə qızıl hərflərlə həkk edən qəhrəmanlarımızın fədakarlığını heç bir zaman unutmayacaq.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.