#Cəmiyyət

Xətai rayonunda Anım günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib - FOTO

Sep 27, 23:52 / Mənbə: Oxu.az

Sentyabrın 27-də Xətai rayonunda Vətən müharibəsi şəhidlərinin Anım Günü ilə əlaqədar bir sıra tədbirlər keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev,  şəhid ailələri, qazilər və  rayon ictimaiyyəti Əhmədli qəbirsanlığında və Dədə Qurqud Şəhidliyində ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərin məzarlarını ziyarət ediblər. 

Anım Günü münasibəti ilə Polad Həşimov küçəsində yerləşən Şəhidlərin xatirə parkında mərasim təşkil olunub.

Sonra tədbir iştirakşıları Polad Həşimov küçəsində yerləşən 221 nömrəli tam orta məktəbdə Anım Günü ilə əlaqədar ağacəkmə aksiyasına qatılıblar.

Mövcud karantin rejiminin tələblərinə uyğun olaraq keçirilən tədbirdə ağac əkilən ərazi əvvəlcədən aksiya iştirakçıları tərəfindən daşlardan, kollardan, tullantılardan, qurumuş ağac kötüklərindən təmizlənib, bura əkin üçün hazır vəziyytə gətirilib. Ağacəkmə kampaniyası çərçivəsində 44 günlük Vətən müharibəsinin hər gününün şərəfinə 10 ağac, ümumilikdə isə 440 ağac əkilib.

Qeyd edək ki, yaşıllaşdırma marafonunda ərazi məişət tullantılarından təmizlənib, mövcud yaşıllıqlar sulanıb. Aksiyada Eldar şamı, küknar, sərv və digər ağaclar əkilib.

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.