#Cəmiyyət

Ankaranın Atakule qülləsi üzərində Azərbaycan bayrağı əks olunub – FOTO

Sep 27, 22:27 / Mənbə: Oxu.az

Türkiyənin paytaxtı Ankaranın rəmzi sayılan Atakule qülləsi 27 sentyabr - Anım Günü ilə əlaqədar xüsusi dizaynla işıqlandırılıb.

İşıqlandırma prosesində Azərbaycan və Türkiyə bayraqları birgə təsvir olunub.

Həmçinin Atakule üzərində “Azərbaycan-Türkiyə: Bir millət, iki dövlət!” ifadəsi də əks etdirilib.

Qeyd edək ki, milli təqvimimizə aid mühüm günlərdə Atakulenin Azərbaycana dəstək və həmrəylik nümayişi məqsədilə dövlət bayrağımızın rəngləri ilə işıqlandırılması ənənə halını alıb.

İşıq şou yerli kütləvi informasiya vasitələri tərəfindən də geniş işıqlandırılıb.

Mənbə: Azərtac

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.