#Hadisə

Gəncədə avtomobilin vurduğu qadın xəstəxanada ölüb 

Sep 25, 10:25 / Mənbə: Report.az

Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb."Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə sentyabrın 22-də şəhər ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil piyada, 1965-ci il təvəllüdlü Nurlana Cəfərovanı vurub. Ağır bədən xəsarəti alan qadın xəstəxanaya yerləşdirilib. O, senytabrın 24-də xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.