#Maliyyə

Azərbaycan manatının dövretmə sürəti artıb

Sep 25, 10:23 / Mənbə: Report.az

Bu il sentyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,74 bənd təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,03 bənd çox, yanvarın 1-nə nisbətən 0,17 bənd çox, ötən il sentyabrın 1-i ilə müqayisədə isə 0,07 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.