#Dünya

Azərbaycanla sərhəddə leysan yağışların yaratdığı qorxunc mənzərə - VİDEO

Sep 25, 09:46 / Mənbə: Oxu.az

Dağıstanda bir neçə gündür davam edən əlverişsiz hava şəraiti respublikada infrastruktura ziyan vurub.

Leysan yağışlar çayların öz məcrasından çıxmasına səbəb olub, nəticədə yollar və evlərə zərər dəyib, bir neçə rayonda elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Sosial şəbəkələrdə təbii fəlakətin nəticələri ilə bağlı kadrlar yayılıb.

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, hava proqnozuna görə, Dağıstanda əlverişsiz hava şəraiti həftənin sonuna qədər davam edəcək.

Mənbə: “BAZA” “Telegram” kanalı

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.