#Region

XİN başçısı: “Gürcüstanın yeni regional təşəbbüsü konkret nəticələr verəcək”

Sep 25, 10:19 / Mənbə: Report.az

“BMT tribunasından Cənubi Qafqazda dinc və mehriban qonşuluq təşəbbüsünün səsləndirilməsi əlamətdar hadisədir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani Baş nazir İrakli Qaribaşvilinin BMT Baş Assambleyasının 76-cı sessiyasında səsləndirdiyi sülh təşəbbüsünü şərh edərkən deyib.

Onun sözlərinə görə, son dərəcə vacib təşəbbüsün əsas məqsədi Tbilisini Cənubi Qafqazda dialoq meydanına çevirməkdən ibarətdir: “Bu təşəbbüs Gürcüstan hökuməti və Baş nazirə məxsusdur. Hökumət başçısının iştirakı ilə bölgədə baş tutmuş vasitəçilik gələcəkdə də bu təşəbbüs çərçivəsində davam etdiriləcək. Biz Tbilisidə Cənubi Qafqaz ölkələri və beynəlxalq tərəfdaşların iştirakı ilə iqtisadi əməkdaşlıq, infrastruktur, nəqliyyat və logistika layihələri, millətlərarası əlaqələrin möhkəmləndirilməsi üzrə konkret təşəbbüslərin müzakirə olunacağı beynəlxalq toplantı təşkil etmək istəyirik”.

XİN başçısı bildirib ki, bölgədə dialoq və sülh təşəbbüslərini ilk növbədə Cənubi Qafqaz ölkələri dəstəkləməlidir: “Biz əlbəttə ki, regionda dayanıqlı sülhün bərqərar olmasında maraqlı olan beynəlxalq tərəfdaşlar, Avropa İttifaqı, ABŞ və əsas beynəlxalq təşkilatların təşəbbüsə qoşulaşacaqlarına ümid edirik”.

D.Zalkaliani Gürcüstanın yeni təşəbbüsünün konkret nəticələr verəcəyinə əminlik ifadə edib.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.