#Xarici-siyasət

ATƏT Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü alqışlayıb

Sep 25, 10:14 / Mənbə: Report.az

ATƏT-in Minsk qrupunun həmsədrləri Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Xovayev (Rusiya) rəsmi Bakı və İrəvana gərginliyin azaldılması üçün görüləcək tədbirlər, eləcə də atılacaq addımlarla bağlı təkliflər irəli sürüb.

“Report” xəbər verir ki, bu barədə ATƏT-in saytında bildirilib.

Vurğulanıb ki, BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və həmsədrlərin görüşündə həll ediməyən bir sıra məsələlər müzakirə olunub.

Məlumata görə, ATƏT təmsilçiləri bu görüşü alqışlayıb.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.