#Dünya

Bu ölkədə bütün karantin tədbirləri ləğv edilir

Sep 25, 09:30 / Mənbə: News.milli.az

Norveç hökuməti koronavirus pandemiyası ilə bağlı tətbiq edilmiş bütün məhdudiyyətləri aradan qaldırır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, müvafiq qərar sentyabrın 25-dən qüvvəyə minəcək.

Ölkənin Baş naziri Erna Solberqin sözlərinə görə, bundan sonra sosial məsafə saxlamaq tələb olunmayacaq, gecə klubları və restoranlar sərbəst şəkildə fəaliyyət göstərə biləcəklər.

Qeyd edək ki, Norveçdə əhalinin 76%-i bir, 67%-i isə hər iki doza ilə vaksinasiya olunub.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.