#Siyasət

Ermənistan 30 ilə qədər Azərbaycan ərazilərini işğalda saxladığı üçün dalan ölkəyə çevrildi - Elşən Musayev

Sep 25, 09:51 / Mənbə: Az.trend.az

Bakı. Elçin Mehdiyev – Trend:

Ermənistan 30 ilə qədər Azərbaycan ərazilərini işğalda saxladığı dövründə bir addım belə irəliyə ata bilmədi. Əksinə, tam rəzil günə qaldı, dalan ölkəyə çevrildi, bütün dünyanın qınağına tuş gəldi, bütün qlobal layihələrdən kənarda saxlanıldı. Axırda da həmin işğal etdiyi torpaqları geri qaytarmağa, kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan ordusu 44 gün ərzində onlara dərs verdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman əsgərlərimiz düşmənə “dəmir yumruq”un nə olduğunu, necə olduğunu anlatdı.

Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, Ermənistan bütün bunlardan nəticə çıxara bilmir: “Çünki bunların ən az istifadə etdiyi şey ağıldır və ağılları olsa zatən bu günə qalmazdılar. Ermənistanın hazırki görüntü tablosu erməni başbilənlərin yürütdüyü yanlış siyasətə adekvatdır. Daha dəqiq ifadə etsəm, Ermənistanın rəzil vəziyyətə düşməsinin əsas səbəbkarları məhz onu idarə edənlər və yönəldənlərdir”.

E.Musayev vurğulayıb ki, Azərbaycan dövləti uzun illər səbr etdi, bütün diplomatik imkanları sınaqdan keçirdi, gözlədi:

“Bu, həm də Ermənistan üçün bir şans idi ki, real vəziyyəti qiymətləndirsin, səhvlərini düzəltsin. Ermənistan isə həmin şansdan istifadə etmək əvəzinə daha da azğınlaşdı, terror xislətindən əl çəkmədi və törətdiyi növbəti təxribatların birində Azərbaycanın qəhrəman əsgərlərinin əks-hücumu ilə çökdü, məhv oldu, dizini yerə qoydu.

Hazırda da Azərbaycan güclü, Ermənistan isə rəzil, cığal olan tərəfdir. Ona görə düşmən hər vəchlə verdiyi sözlərdən, imzaladığı kapitulyasiya aktındakı öhdəliklərdən yayınmağa çalışır, sərhədlərlə, Zəngəzur dəhlizi ilə bağlı öz xislətinə, rəzil xarakterinə uyğun narahatlıqlar yaradır. Amma faydası olmayacaq. Ermənistan bitib, məhv olub. Ermənistan bundan sonra əsla və əsla nəyisə diktə edə bilməz. O, yalnız qulaq asmalı, dinləməli və deyilənlərə əməl etməlidir.

Azərbaycan BMT-nin qətnamələrini özü gücünə, təkbaşına icra edən ölkədir. Ermənistan bu faktı xüsusən qulağına sırğa eləsin və nəhayət anlasın ki, bizimlə edəcəyi düşmənçilik bütün hallarda öz başında çatlayacaq”.

Xəbərin mənbəsi: Az.trend.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.