#Maliyyə

Azərbaycan manatının effektiv məzənnələri azalıb

Sep 25, 10:12 / Mənbə: Report.az

Bu il sentyabr ayının 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 77,4 bənd təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,3 bənd az, ilin əvvəlinə nisbətən 1,8 bənd, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,4 bənd çoxdur.

Avqustun sonuna milli valyutanın real effektiv məzənnəsi isə 102,4 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,3 bənd az, ilin əvvəlinə nisbətən 2,1 bənd, illik müqayisədə isə 0,9 bənd çoxdur.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.