#Region

Türkiyə səfiri "Taliban" hökumət başçısının müavini və naziri ilə görüşüb

Sep 25, 10:12 / Mənbə: Report.az

Türkiyənin Əfqanıstandakı səfiri Cihad Erginay “Taliban” hökuməti başçısının müavini Abdusselam Hənəfi, enerji və su təsərrüfatı naziri Abdullətif Mansurla görüşüb.

“Report” “Haberturk”ə istinadən xəbər verir ki, bu barədə “Taliban”ın Siyasi Bürosunun sözçüsü Məhəmməd Naim Vardak tviter səhifəsindəki açıqlamada bildirib.

“Biz dost və qardaş iki ölkəyik. Əlaqələrimiz dərin və qədim köklərə dayanır. Dini və mədəni əlqələrimiz var. Türkiyə ilə diplomatik əlaqələrimizi inkişaf etdirmək istəyirik. Əfqanıstanın hər yerində təhlükəsizliyi təmin etdikdən sonra Türkiyə iş adamlarının Əfqanıstanda müxtəlif sahələrə sərmayə qoymasını istəyirik”, - A.Hənəfi deyib.

Görüşlə bağlı Əfqanıstanın Energetika və Su Təsərrüfatı Nazirliyindən yayılan yazılı açıqlamada vurğulanıb ki, Abdullətif Mansur Əfqanıstanla Türkiyə arasındakı yaxşı əlaqələrin və əməkdaşlığın davam etməsi, genişləndirilməsini qeyd edib.

Türkiyənin Kabildəki səfirliyi tviter səhifəsində çox konstruktiv bir görüş keçirildiyini bildirib: “Türkiyə şirkətləri Əfqanıstana sərmayə qoymağa davam edəcək. Qarşıdan gələn dövrdə Əfqanıstan xalqının xeyrinə bu əməkdaşlığı artıracağımıza ümid edirik”.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.