#Cəmiyyət

Qələbəni bizə yaşadanlar - BAŞ REDAKTORDAN

Sep 25, 10:11 / Mənbə: Kaspi.az

Günlər çox

sürətlə gəlib keçir. Artıq bir gün sonra 44 günlük Vətən müharibəsinin

başladığı mübarək 27 sentyabrın 1 ili tamam olacaq. Torpağın Vətənə, dövlətə

çevrilməsi məhz belə günlərdə formalaşır, belə günlərdə möhkəmlənir, əyani təsdiqini

tapır.

Hər şey həmkarımız

Jalə Həsənlinin titrəyən səsi ilə Füzuli və Cəbrayıl rayonlarının bir neçə kəndinin

işğaldan azad olunduğunu elan etməsi ilə başladı.

Hətta bir

kəndimizin belə işğaldan azad olunmasını xəyal kimi qəbul etdiyimiz günlərdə rəşadətli

ordumuz qələbə marşını daha gur səslə ifa etməyə başladı. Cəsur əsgərlərimizin

inanılmaz qəhrəmanlıqları, Ali Baş Komandanın qətiyyəti,  xalqımızın dəmir yumruq kimi birləşməsi qələbəni

yaxınlaşdırdı. Xalq olaraq 44 gün ərzində çox qəhrəmanlar kəşf etdik, Xudayarları

itirdik, topçu Vüsalları sevdik, simvollaşdırdıq.

Haqqın

nahaq qarşısında önə keçmə günü

27

sentyabrdan keçən hər gün düşmənin qarşımızda necə gücsüz olduğunu dərk etməyə,

öz böyüklüyümüzü, ordumuzun qüdrətini əyani şəkildə hiss etməyə başladıq.

Bizim

qalib millət olmaq yolumuzun başlanğıcı məhz 27 sentyabr oldu. Bu müqəddəs gündən

başlayaraq 30 ilə yaxın düşmən tapdağında qalan, dağıdılan, tar-mar edilən, yer

üzündən silinən kəndlərimizin, şəhərlərimizin iniltisini daha yaxından eşidə,

onların imdadına daha sürətlə gedə bildik.  

27

sentyabr həm də haqqın nahaq qarşısında önə keçməyə başladığı bir dönəmin

başlanğıcı oldu. Bir zərrə də şübhəmiz olmayan haqq işimizə dünyanı da,

dostlarımızı da, qardaşlarımızı da inandıra bildik. Uğurumuzu, qələbəmizi həzm

edə bilməyənləri isə səssizliyə çəkilməyə, bəzən min oyundan çıxıb guya haqqın

yanında olduqlarını nümayiş etdirməyə məcbur etdik. Başqa sözlə desək, 27

sentyabr bizə dostlarımızı, düşmənlərimizi tam çılpaqlığı ilə tanımağa yardımçı

oldu. 

Yaranan

yeni reallıqlar

Ali Baş

Komandanın da dəfələrlə vurğuladığı kimi, Azərbaycan 27 sentyabrdan başlayan Zəfər

Yürüşü ilə həm də regionda yeni reallıqlar yaratdı. Dosta da, düşmənə də əyani

şəkildə varlığını nümayiş etdirdi. Göstərdi ki, bu bölgədə görüləcək istənilən

iş, yeni layihə ilə bağlı mütləq onun rəyi, mövqeyi nəzərə alınmalıdır.

Bu anım

günü hələ uzun müddət Azərbaycanın şanlı tarixində cəsarət, qətiyyət, şücaət nümunəsi

kimi xatırlanacaq. Hamı bizi qürurlandıran, məğlub millət kompleksindən azad edən

ilk addımların məhz bu gün atıldığını minnətdarlıqla anacaq! Bu günü bizə

yaşadan şəhidlərimizi qəhrəmanlar kimi xatırlayacaq, qazilərimizi baş tacı edəcək!

 

İlham

Quliyev

Xəbərin mənbəsi: Kaspi.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.