#Futbol

Belçikalı hücumçu: "Zirə"yə keçidimdə yaxşı maliyyə şərtləri də rol oynadı"

Sep 25, 09:32 / Mənbə: Report.az

"Yay transfer pəncərəsində seçim etmək üçün tələsmədim və təklifləri dərindən incələdim. İsrail, Ruminiya, Niderland və Səudiyyə Ərəbistanından da təkliflərim var idi".

"Report"un məlumatına görə, bunu "Zirə"nin yeni transferi Loris Bronyo paytaxt təmsilçisinə keçidi barədə "voetbalkrant.com" saytına açıqlamasında deyib.

Belçikalı hücumçu bildirib ki, həm özü, həm də ailəsi üçün "qartallar"ın təklifini qəbul edib: "Fikrimcə, düzgün addım atdım. Yalan danışmayacağam, burada yaxşı maliyyə şərtləri də rol oynadı. Amma Səudiyyə Ərəbistanına getsəydim, daha çox pul qazana bilərdim. Digər tərəfdən, Belçika klublarının konkret təkliflə müraciət etməməsi məni məyus etdi".

Qeyd edək ki, "Zirə" Loris Bronyo ilə 2 illik müqavilə imzalayıb.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.