#Futbol

"Milan"ın baş məşqçisi futbolda basketbol qaydalarının tətbiqini təklif edib

Sep 25, 09:31 / Mənbə: Report.az

İtaliyanın "Milan" futbol komandasının baş məşqçisi Stefano Pioli bir neçə maraqlı təklif irəli sürüb.

"Report" xəbər verir ki, italiyalı mütəxəssis futbolun inkişafı və daha baxımlı olması üçün burada basketbolun bəzi qaydalarının tətbiq edilməli olduğunu bildirib.

56 yaşlı mütəxəssin sözlərinə görə, top meydanı tərk etdikdə vaxt dayandırılmalıdır: "Əlimdə olsaydı, görüş ərzində bir neçə dəfə taym-aut götürərdim. Həmçinin müasir oyunda daha çox hücum futbolu görmək istəyiriksə, mərkəz xəttini keçdikdən sonra meydanın özünə aid hissəsinə qayıtmaq qadağası tətbiq olunmalıdır".

Qeyd edək ki, Stefano Pioli 2019-cu ildən "Milan"ın baş məşqçisidir.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.