#Azərbaycanca

Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı üç dəfə artıb

Sep 25, 09:08 / Mənbə: News.day.az

2021-ci ilin avqustunda Azərbaycandan Türkiyəyə 74 557 nəfər səfər edib ki, bu da 2020-ci ilin avqustu ilə müqayisədə 3 dəfə çoxdur.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 1,87 faiz təşkil edib.

Yanvar-avqust aylarında 260 807 Azərbaycan vətəndaşı Türkiyəyə səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 62,27 faiz çoxdur.

2021-ci ilin yanvar-avqust aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 1,85 faiz təşkil edib.

Xəbərin mənbəsi: News.day.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.