#Azərbaycanca

Kanada məhkəməsi "Huawei" şirkətinin maliyyə direktorunu azad edib

Sep 25, 09:15 / Mənbə: News.day.az

Kanadanın Britaniya Kolumbiyası əyalətinin Ali Məhkəməsi "Huawei" şirkətinin maliyyə direktoru Men Vançjounun ekstradisiyası prosesinin dayandırılması və ev dustaqlığından azad edilməsi barədə qərar qəbul edib.

Day.Az Trend-ə istinadən bildirir ki, bu barədə "CBC" telekanalı xəbər yayıb.

Bildirilir ki, Kanada prokurorluğunun ekstradisiya prosedurunun dayandırılması barədə sorğusundan sonra M.Vançjounun azad edilməsi barədə qərarı hakim Hizer Houms qəbul edib.

Telekanalın məlumatına əsasən, məhkəmənin qərarında deyilir ki, M.Vançjounun üzərindən bütün məhdudiyyətlər götürülüb və o, Kanadanə tərk edə bilər.

Xəbərin mənbəsi: News.day.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.