#Digər-ölkələr

Əfqanıstan polisi silahlıların girov götürdüyü 30 nəfəri azad edib

Aug 04, 04:19 / Mənbə: Report.az

Əfqanıstan polisi Kabildə hücum zamanı girov götürülmüş 30 mülki şəxsi azad etdiyini bildirib.

“Report”un məlumatına görə, bu barədə yerli 1TV telekanalı xəbər verib.

Telekanalın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, silahlı şəxslər yaşayış binalarına girməyə və təhlükəsizlik qüvvələri ilə atışmaya başlayıblar.

Daha əvvəl hadisə şahidinin və Kabul polisində olan mənbə “RİA Novosti”yə bildirib ki, Əfqanıstan müdafiə nazirinin evinin yaxınlığında avtomobil partladılıb, bundan sonra bir neçə silahlı adam onun evinə girib. Yerli “Pajvak” Əfqanıstanın müdafiə naziri general Bismillah Xan Məhəmmədinin Kabildəki evinə edilən hücum zamanı yaralanmadığını bildirib.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.