#Xarici-siyasət

FHN-in generalı Türkiyənin Dənizli bölgəsindəki yanğınlardan danışıb

Aug 04, 02:38 / Mənbə: Report.az

"Avqustun 3-də Türkiyənin Dənizli bölgəsində meşə yanğını baş verdi və bu çox geniş miqyası əhatə edirdi".

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

"Azərbaycandan gələn Fövqəladə Hallar Nazirliyinin ikinci qrupu Dənizlidə saxlanıldı və mənə məruzə olundu. Belə qərara gəldik ki, yeni gələn qrupu iki yerə bölək. Yanğınsöndürənlərin bir qrupu burada qalıb, meşələrin söndürülməsi ilə məşğul olacaq. İkinci qrup isə Muğla istiqamətinə hərəkət edəcək", - deyə E.Mirzəyev bildirib.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.