#Xarici-siyasət

Etibar Mirzəyev: "Türkiyədəki yanğınların söndürülməsində istədiyimizə nail oluruq"

Aug 04, 02:35 / Mənbə: Report.az

"Bildiyiniz kimi, Prezident İlham Əliyevin tapşırığı ilə Türkiyədə baş verən meşə yanğınlarını söndürmək üçün canlı qüvvə və texnika Türkiyəyə göndərilib".

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

"Artıq 4 gündür ki, buradayıq. Muğla bölgəsi istiqamətindəki yanğınların söndürülməsi ilə məşğuluq və istədiyimizə də nail oluruq. Yerli türk qardaşlarımızla birgə bu işi davam etdiririk", - deyə E.Mirzəyev bildirib.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.