#Futbol

PSV Danimarka klubunu darmadağın edib, "Olimpiakos" "Lüdoqorets"i uda bilməyib

Aug 04, 02:15 / Mənbə: Report.az

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.

"Report"un məlumatına görə, ilk oyun günündə 7 qarşılaşma keçirilib.

"Neftçi"ni bu turnirdən kənarlaşdırmış "Olimpiakos" Yunanıstanda Bolqarıstan "Lüdoqorets"ini qəbul edib. Görüşün ikinci hissəsində qonaqlar önə keçsə də, sona doğru meydan sahibləri məğlubiyyətdən yaxa qurtara bilib - 1:1.

Daha bir gözlənilməz nəticə Moldova "Şerif"inin Serbiyada "Srvena Zvezda" ilə eyni hesablı heç-heçə etməsi olub.

II raundda Türkiyə "Qalatasaray"ından güclü olan PSV Niderlandda Danimarkanın "Midtüllan" klubunu sınağa çəkib. Bu qarşılaşmada da Eyndhoven təmsilçisi böyük hesabla qalib gəlib - 3:0.

3 Avqust

Çempionlar Liqası, III təsnifat mərhələsi

İlk oyunlar

21:00. "Malmö" (İsveç) - "Reyncers" (Şotlandiya) - 2:1

Qollar: Soren Rieks, 47. Velko Birmançeviç, 49 - Stiven Deyvis, 90+5

21:00. "Sparta" (Praqa, Çexiya) - "Monako" (Fransa) - 0:2

Qollar: Orelyen Tçuameni, 37. Kevin Volland, 59

22:00. ÇFR (Rumıniya) - "Yanq Boyz" (İsveçrə) - 1:1

Qol: Kristian Manea, 4 - Vinsent Sierro, 90+3

22:00. "Genk" (Belçika) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 1:2

Qollar: Pol Onuaçu, 39 - Tete, 63. Alan Patrik, 83

22:00. PSV (Niderland) - "Midtüllan" (Danimarka) - 3:0

Qollar: Noni Madueke, 19. Mario Götse, 29. Kodi Qakpo, 32

23:00. "Srvena Zvezda" (Serbiya) - "Şerif" (Moldova) - 1:1

Qollar: Loi Dioni, 45+1 - Frank Kastanyeda, 33

23:00. "Olimpiakos" (Yunanıstan) - "Lüdoqorets" (Bolqarıstan) - 1:1

Qollar: Agibu Kamara, 87 - Kiril Despodov, 50

Qeyd edək ki, daha 3 oyun avqustun 4-də olacaq. Cavab görüşləri isə 10 avqustda keçiriləcək.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.