#Maraqlı

Alimlər uzunömürlüyün 3 sirrini AÇIQLADI

Aug 03, 23:45 / Mənbə: News.milli.az

Bu sirlərin köməyilə ahıl yaşa kimi sağlam yaşamaq olar.

Milli.Az medicina.az-a istinadən bildirir ki, rusiyalı herontoloq, EA-nın üzvü Aleksey Moskalev 3 sirrin aşağıdakılardan ibarət olduğunu açıqlayıb.

Birincisi - bu qidalanmadır. Həkim rasiondan yüngül karbohidratları çıxarmağı tövsiyə edir: şirniyyat, un məmulatları, qənd, şəkər, təmiz süd, ağ düyü, qızarmış. Həftədə 2 dəfə balıq və dəniz məhsulları yeməlisiz.

İkinci sirr- piyada gəzmək, fiziki aktivlik.

Gündə 30 dəqiqə gəzmək və yüngül aerobika hərəkətləri bədəni oksigenlə təmin edir.

Üçüncü - mental sağlamlıq, yəni ruhi-mənəvi. Bunu isə musiqi, kino, kitablar, yoqa, təbiət, meditasiyalarla, eləcə də hər gün 8 saatlıq yuxu ilə əldə etmək olar.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.