#Maraqlı

“BioNTech” malyariya və vərəmə qarşı peyvənd yaratmağı planlaşdırır

Aug 03, 23:55 / Mənbə: News.milli.az

Almaniyanın ABŞ şirkəti ilə birgə koronavirusa qarşı vaksin yaradan "BioNTech" firması müştərək texnologiya ilə malyariya əleyhinə peyvənd yaratmağı planlaşdırır.

Bu barədə şirkətin press-relizində deyilir.

"BioNTech" bu gün özünün Afrika qitəsində davamlı peyvənd tədarükünü təmin edəcək və yüksək təsirli vaksinin hazırlanmasını ehtimal edən malyariya peyvəndi layihəsinə başladığını elan etdi", - deyə şirkətin məlumatında bildirilir.

Qeyd edilir ki, kliniki sınaqların başlanğıcı üçün ən perspektivli nümunələrin əldə edilməsi 2022-ci ilin sonuna planlaşdırılır.

Bundan başqa, "BioNTech" həmçinin 2022-ci ildə vərəmə qarşı vaksinin kliniki sınaqlarına da başlamaq niyyətindədir.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.