#Futbol

"Neftçi"nin qapıçısının son durumu açıqlanıb

Aug 04, 00:08 / Mənbə: Report.az

"Qapıçı Aqil Məmmədovun səhhətində problemlər var idi. Çempionlar Liqasında "Olimpiakos"la görüşdən sonra 3 gün qızdırmalı olmuşdu".

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Bakıda Finlandiyanın HİK klubu ilə heç-heçə etdikləri Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis qolkiperin neçə gün məşq etmədiyini bildirib: "Bu gün onların haqqında nəsə demək çox çətindir. Ümid edirik ki, yaxşı olacaq".

Abasov Məmmədovla yanaşı kapitan Emin Mahmudovun da durumunun ürəkaçan olmadığını söyləyib.

Qeyd edək ki, HİK-lə matçın 17-ci dəqiqəsində Aqil Məmmədovun yerinə meydana Kamran İbrahimov daxil olub.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.