#Idman

Azərbaycan Premyer Liqasında koronavirus səbəbindən üç oyun təxirə salınıb

Dec 04, 00:07 / Mənbə: Baku.ws

Azərbaycan Premyer Liqasında daha 3 oyun təxirə salınıb.

BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, buna koronavirus pandemiyası səbəb olub.

XII turun dekabrın 5-də keçirilməli olan “Sabah” – “Neftçi” və “Keşlə” – “Səbail”, eləcə də ertəsi gün baş tutması nəzərdə tutulan “Zirə” – “Sumqayıt” oyunu bəzi klubların heyətində 7 və daha çox oyunçunun COVİD-19 virusuna yoluxması səbəbindən təxirə salınıb. Görüşlərin tarixi ilə bağlı qərarı Peşəkar Futbol Liqası verəcək.

Qeyd edək ki, XII turun “Qəbələ” – “Qarabağ” oyunu 6 dekabr, saat 16:00-da “Azersun Arena”da baş tutacaq.

Xəbərin mənbəsi: Baku.ws


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.