#Region

İranda 4,4 bal gücündə zəlzələ olub

Aug 03, 05:01 / Mənbə: Report.az

İranda zəlzələ baş verib.

“Report”un məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata görə, yeraltı təkanlar ölkənin şərqində 4,4 bal gücündə qeydə alınıb.

Zəlzələnin episentri 196 min nəfərin yaşadığı Bircənd şəhərindən 174 kilometr şimal-şərqdə, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.