#Azərbaycanca

Türkiyə meşələrinə od vuranlar ermənilərdir – FAKT

Aug 03, 03:08 / Mənbə: News.day.az

Türkiyənin cənub bölgələrində başlayan meşə yanğınlarına görə məsuliyyəti PKK terror təşkilatına bağlı olan "Atəşin uşaqları" qrupu üzərinə götürüb. Bu təşkilat PKK nəzdində yaransa da, daim erməniləri müdafiə edib. 2019 və 2020-ci illərdə erməniləri müdafiə edən bu terror təşkilatının maliyyəçiləri içərisində Amerika və Fransadakı erməni fondları var.

Day.Az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri tarixçi alim, dosent Zaur Əliyev qeyd edib.

O bildirib ki, bu terror təşkilatının yaranmasının təşəbbüskarı ASALA-dır:

"Atəşin uşaqları"na təlimlər ASALA kamplarında keçirilib. Bunu ASALA haqqında olan sənədlərdə görmək olar. PKK-nın bu qanadının üzvləri 2016-2017-ci illərdə o zaman işğal altında olan Qarabağda təlimlərdə iştirak ediblər. Təşkilatın maliyyə məsələrindən məsul şəxsi də məhz ermənidr...

Türkiyənin Hatay şəhərində bir müddət öncə 400 hektarlıq ərazini yandıran "Atəşin uşaqları" terror təşkilatı rəsmi bəyanatında da demişdir: "Hatayı biz ermənilərə dəstək üçün yandırdıq".

Xəbərin mənbəsi: News.day.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.