#Dünya

ABŞ hökuməti vaksinasiyanın tempini artırmaq üçün bloqerlərə müraciət edib

Aug 03, 03:00 / Mənbə: Oxu.az

ABŞ-ın federal qurumları və yerli icra orqanları məşhur bloqerlərə və sosial şəbəkə fəallarına müraciət edərək onlardan əhali arasında vaksinasiyanın təşviqinə kömək göstərmələrini xahiş edib.

Bu barədə “The New York Times” nəşri məlumat yayıb.

Belə ki, artıq Ağ Ev “TikTok”, “Twitch” və “YouTube”da fəal olan 50 bloqerlə razılıq əldə edib.

Onlar peyvəndə qarşı aparılan əks təbliğatın təsirini azaltmağa və vətəndaşları vaksinasiyanın vacibliyini inandırmağa çalışacaqlar.

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.