#Maraqlı

Metroda koronavirus zarafatı gəncə baha başa gəldi – VİDEO

Aug 03, 04:40 / Mənbə: Oxu.az

Rusiya paytaxtında metroda koronavirus zarafatı edən Kəramətulla Caborov 2 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Bununla bağlı yayılan kadrlarda görünür ki, metroda gəncin qəfil “halı pisləşir” və yerə yıxılır. Bundan sonra onda “koronavirus böhranı” başlayır. Sərnişinlər əvvəlcə ona kömək etmək istəsələr də, sonra qorxub qaçaraq vaqonu tərk edirlər.

Prankda iştirak edən gəncin iki yoldaşı Stanislav Medixov və Artur İsaçenko hər biri iki il müddətinə şərti azadlıqdan məhrum ediliblər.

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.