#Cəmiyyət

Azərbaycanlı yanğınsöndürənlər Türkiyədə sevinclə qarşılandı – VİDEO

Aug 03, 00:23 / Mənbə: Oxu.az

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələri Türkiyəyə göndərilib.

Bu gün axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı da Türkiyəyə çatıb. 

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Çorum şəhər təşkilatının sədri Yusuf Ahlatçı və vətəndaşlar köməyə gələn azərbaycanlı qardaşlarını böyük sevgi və sevinclə qarşılayıb.

Həmin görüntüləri təqdim edirik:

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.