#Sosial

Bərdədə ağır qəza, bir ölü, iki yaralı — Foto

Aug 03, 01:12 / Mənbə: Qafqazinfo.az

Bərdədə bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" nun məlumatına görə, hadisə rayonun Mirzəxan kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-21011" markalı minik avtomobili hərəkətdə olan zaman Traktorla toqquşub. Qəza zamanı minik avtomobilinin sürücüsü Babayev Ramiz Musa oğlu hadisə yerində ölüb. Minik avtomobilinin sərnişinləri, Ağcəbədi rayon sakinləri İbrahimov Namiq Akif oğlu və Mehrəliyev Təbriz Sabir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli

Xəbərin mənbəsi: Qafqazinfo.az

info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.