#Digər-ölkələr

Estoniyada alim prezidentliyə namizəd oldu

Aug 03, 03:08 / Mənbə: Report.az

Estoniyanın hakim koalisiyası Elmlər Akademiyasının rəhbəri, Tətbiqi Riyaziyyat üzrə alim Tarmo Soomerenin Baltikyanı respublikanın prezidenti vəzifəsinə namizədliyini təsdiqləyib.

Bu barədə “Report” “Estoniya Televiziya və Radio” portalına istinadən məlumat verir.

Qərar Elmlər Akademiyasının rəhbəri ilə görüşdən sonra açıqlanıb.

“Estoniyalı siyasətçilər çox peşəkardırlar. Peşəkarlıq dedikdə müstəsna nəzakəti də nəzərdə tuturam”,-deyə, Tarmo Soomere bildirib.

Qeyd edək ki, Estoniyada növbəti prezident seçkiləri 10 avqust - 29 sentyabr tarixlərində keçiriləcək. Birincisi, parlament dövlət başçısını seçməyə çalışacaq. Deputatların səsverməsi müsbət nəticələnməsə, 208 nəfərdən (107 yerli hökumət nümayəndəsi və 101 millət vəkili) ibarət seçki kollegiyası çağırılacaq.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.