#Digər-ölkələr

Litva ölkəni tərk edəcək miqrantlara maddi yardım edəcək

Aug 02, 23:47 / Mənbə: Report.az

Litva hökuməti Asiya və Afrika ölkələrindən Belarus vasitəsilə respublikaya gələn qanunsuz miqrantlara evlərinə qayıtmaq üçün ödənişlər təklif etməyə hazırdır.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) yerli ofisinin rəhbəri Eytvidas Binqyalis “LRT” radiosuna bildirib.

Onun sözlərinə görə, konkret məbləğ bəlli olmasa da, vəsait nəğd formada verilməyəcək:

“Vəsait, miqrantın getdiyi ölkədə reinteqrasiya xərclərini ödəmək üçün ayrılır. Bu, mənzil kirayələmək, peşə fəaliyyəti və sahibkarlıqla məğşul olmaq üçün ayrılacaq maliyyə dəstəyi olacaq”.

Qeyd edək ki, Avropya qanunsuz daxil olmağın qiyməti 10 min avrodur. Bunu üçün isə miqarntlar evlərini satmalı olurlar.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.