#Futbol

"Neftçi"nin kapitanı: "HİK-ə qalib gəlmək istəyirik"

Aug 02, 19:04 / Mənbə: Report.az

"Baş məşqçinin rəqib haqqındakı fikirləri ilə razıyam".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin kapitanı Emin Mahmudov Bakıda Finlandiya HİK-inə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

29 yaşlı futbolçu bildirib ki, rəqib fiziki baxımdan daha yaxşı olsa da, meydan amili "ağ-qaralar"ın tərəfindədir: "Evdə oynayırıq. Samir müəllimin tapşırıqlarını yerinə yetirərək, qalib gəlmək istəyirik".

Qeyd edək ki, avqustun 3-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - HİK matçı saat 21:00-da başlayacaq. Cavab görüşü avqustun 12-də Helsinkidə olacaq.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.