#Digər-ölkələr

Hələb qalasında bərpa işlərinə başlanıb

Aug 02, 16:36 / Mənbə: Report.az

Suriyanın Hələb şəhərində dəyərli memarlıq abidələrindən olan Hələb qalasında bərpa işləri başlayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə layihənin baş mühəndisi Əminə Səbuni brifinqdə bildirib.

Ekspertlərə görə, abidənin 20 faizi dağılıb. Ən çox ziyan görmüş şimal və şərq divarları bərpa olunur.

“Biz dağıntıların dərəcəsini araşdırmışıq. Original daşdan istifadə edərək abidənin əvvəlki görkəmini bərpa etmək istəyirdik, amma bəzi yerlərdə dağıntılar çox olduğuna görə müasir tikinti materiallarından istifadə etməli oluruq” – deyə baş mühəndis qeyd edib.

Hələb qalası UNESCO-nun Ümumdünya İrs Siyahısına 1986-cı ildə salınıb.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.