#Futbol

Andrey Şevçenko Ukrayna millisinin baş məşqçisi postunu tərk edir

Aug 01, 17:41 / Mənbə: Report.az

Futbol üzrə Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko vəzifəsini tərk edir.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə 45 yaşlı mütəxəssisin özü məlumat yayıb.

Şevçenko bildirib ki, millinin baş məşqçisi kimi 5 illik müqaviləsi bu gün başa çatır və o, yenidən bu postu tutmayacaq: "Hesab edirəm ki, bu 5 ildə müasir futbolda oynaya bildiyimizi sübut edə bildik. Ukrayna Futbol Assosiasiyasına, mənimlə çalışan hər kəsə, eləcə də millinin üzvlərinə, azarkeşlərimizə sonsuz təşəkkür edirəm. Uğurlar!", - deyə qeyd edib.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.