#Mədəniyyət

Billi Ayliş: “Mahnılarımın hər kəsin dinləyə bilməsi məni qorxudur” - FOTO

Jul 31, 04:29 / Mənbə: Oxu.az

Amerikalı müğənni Billi Ayliş “Happier Than Ever” ikinci studiya albomunu buraxıb.

Bu barədə “Meduza” xəbər verib.

Disk 16 musiqidən, o cümlədən artıq məşhurlaşmış “My Future”, “Therefore I Am”, “Your Power”, “Lost Cause” və NDA ifalarından ibarətdir. Albom bütün striminq xidmətlərində mövcuddur.

Albomun yayımlanmasını “Instagram” səhifəsindən elan edən Billi Ayliş “Happier Than Ever” musiqisilə yaşadığı “ən dolğun və ən dərin təcrübə” olaraq xarakterizə edib.

Публикация от BILLIE EILISH (@billieeilish)

“Bu layihədəki mahnıların hər birini o qədər sevirəm ki, onları hər kəsin dinləyə biləcəyi bir dünyaya buraxmaq düşüncəsi məni qorxudur. Ağlamaq istəyirəm. Bu albomun hazırlanma prosesində o qədər böyümüşəm ki… Vaxtı geriyə almaq və bu albomu yenidən yazmaq istərdim, çünki o günlər həyatımın ən yaxşı günlərindən idi”, - deyə müğənni bildirib.

Qeyd edək ki, Billi Aylişin debut albomu “When We All Fall Asleep, Where Do We Go?” 2019 -cu ilin mart ayında buraxıldı. Bu albom ona “İlin Albomu”, “İlin Mahnısı”, “İlin Rekoru” və “Ən Yaxşı Yeni Sənətçi” kimi əsas nominasiyalar daxil olmaqla beş “Grammy” mükafatını qazandı.

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.