#Sağlamlıq

Fransalı həkim koronavirusdan qorunmağın sirrini açdı

Jul 30, 20:55 / Mənbə: News.milli.az

Məşhur dietoloq, ən çox satılan kitabların müəllifi Pyer Dükan klassik üsullarla koronavirusdan qorunmağın yollarından danışıb.

Milli.Az xəbər verir ki, o, hər gün C vitamini qəbul etdiyini etiraf edib.

"Vitaminin adi dozası bir qramdır. Virus intensiv dövran etdikdə və ya insanların sağlamlığına şübhə etdikdə onu iki qrama qədər artırıram".

Fransız dietoloq boğazında ağrı və ya soyuqdəymənin simptomunu müşahidə edərsə, üç qram C vitamini qəbul edir.

Bundan başqa, Dükkan soyuq havada burundan nəfəs alır ki, bu da infeksiyanı başlanğıcda dayandırmağa imkan verir. Onun sözlərinə görə, özü üçün faydalı hesab etdiyi məhsulları yeyir: zülallar, yüksək yağ tərkibli balıq, toxum və ya tərəvəzlər. Həkim karbohidrat qəbulunu məhdudlaşdırıb və sənaye baxımından işlənmiş olan hər şeydən imtina edib. Bundan əlavə, 20 ildən çoxdur ki, hər gün 25 dəqiqə qaçır. /medicina.az

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.